CƏMİYYƏT
Şəmkirdə oğurluqla məşğul olan şəxslər saxlanılıblar
![Şəmkirdə oğurluqla məşğul olan şəxslər saxlanılıblar](/files/2020/1/1200x630/1581413473533522697_1200x630.jpg)
Bakı, 11 fevral, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elçin Əkbərov ona məxsus on baş iribuynuzlu heyvanın rayonun Şiştəpə kəndi yaxınlığındakı otlaq sahədən naməlum şəraitdə itdiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, yanvarın 23-də vətəndaşa məxsus heyvanları otlaq sahəsindən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuş 31 yaşlı Elman Nağıyev və onun əmisi oğlu 31 yaşlı Səfər Nağıyev oğurlayıblar.
Onlar dindirilərkən törətdikləri oğurluq hadisələrini etiraf edərək həmin heyvanları Bərdə rayonunda satdıqlarını, əldə etdikləri pulu isə aralarında bölərək xərclədiklərini bildiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]