ŞƏMKİRİN KƏNDLƏRİ TƏBİİ QAZLA TƏMİN EDİLİR
On beş illik fasilədən sonra Şəmkirin Qasım İsmayılov kəndinə təbii qaz verilişi bərpa edilmişdir. Bununla da rayonda mavi yanacaqdan istifadə edən kəndlərin sayı 18-ə çatmışdır.
Rayon qaz-istismar idarəsindən AZƏRTAC-a bildirmişlər ki, kəndə mavi yanacağın verilməsi üçün Alabaşlı qazpaylayıcı stansiyasından 4 kilometrlik yeni boru xətti çəkilmişdir. İlkin mərhələdə 400 abonentdən 300-nə təbii qaz verilmişdir.
Beləliklə, daha 3 kəndin mavi yanacaqla təmin edilməsi üçün hazırlıq işləri görülür.