“SƏNAYE ŞƏHƏRCİYİNİN TEXNİKİ–İQTİSADİ ƏSASLANDIRILMASI” LAYİHƏSİ TƏQDİM EDİLMİŞDİR
Mərasimdə qeyd olundu ki, layihənin hazırlanmasında xarici ölkələrin, xüsusilə Türkiyənin təcrübəsindən istifadə edilmişdir. Nazirliyin mütəxəssisləri MDB-nin və Avropanın bir sıra ölkələrində bu təşkilati modelin yaradılması və fəaliyyəti ilə tanış olmuşlar.
Təqdimat mərasimində Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz çıxış edərək, Türkiyədə “Sənaye şəhərcikləri” yaradılması təcrübəsindən danışmışdır.
“Sənaye şəhərciyinin texniki-iqtisadi əsaslandırılması” layihəsinin rəhbəri Nilgün Taş bu sənəd barədə ətraflı məlumat vermişdir. O demişdir ki, sənaye şəhərciyi Bakıdan 49, Sumqayıtdan 22 kilometr aralıda, Abşeron yarımadasında, Xızı rayonu ilə Sumqayıt şəhərinin sərhəddində, magistral yolla Xəzər dənizi arasındakı Yaşma yaşayış məntəqəsi yaxınlığında salınacaqdır. Onun ərazisi 393 hektardan çox olacaqdır. Şəhərcikdə 88 sənaye sahəsi, bank, ofis və mağazaların yerləşdiyi ticarət mərkəzi, habelə Menecment Mərkəzi və Yardımçı Xidmət Sahələri yerləşdiriləcək, sənaye şəhərciyi müvafiq infrastrukturla təmin olunacaqdır. Mərasimdə iştirak edən sərmayədarların, sahibkarların, bank nümayəndələrinin layihə ilə bağlı sualları cavablandırmışdır.