SENT-LUİS ABŞ-IN ƏN TƏHLÜKƏLİ ŞƏHƏRİDİR
Əhalisinin sayı 300 min nəfərdən bir qədər artıq olan sənaye şəhəri ABŞ-ın ən kriminal şəhərləri onluğunda birinci yerdədir. FTB-nin başçısı Müller ötən həftə Sent-Luisdə olarkən nə üçün məhz burada zorakılıq dalğasının artdığını müəyyən edə bilməmişdir. Hökumət şəhərdə patrul xidmətini gücləndirməklə “Təhlükəsiz küçələr” layihəsini həyata keçirmək niyyətindədir.
Sent-Luisdə “Ford” avtomobillərinin yığıldığı iki zavod fəaliyyət göstərir. “Doc” avtomobilləri də burada buraxılır. Ötən il “Daymler-Kraysler” bu şəhərdə yeni istehsal sahələrinin açılmasına 1 milyard dollar sərmayə yatıracağını bildirmişdir.
Yerli mətbuat növbəti qətl və qarət hadisələri barədə məlumatlarla doludur. Sent-Luisin sakinləri isə iddia edirlər ki, kriminal statistikanın artmasında 1 milyon əhalisi olan şəhərətrafı qəsəbələrin əhalisi təqsirkardır.
Sent-Luisdən sonra ikinci təhlükəli şəhər Detroytdur.
ABŞ-ın ən sakit və təhlükəsiz şəhəri Nyu-Cersi ştatının 78 min əhalisi olan Brik şəhəridir. Burada günün istənilən vaxtı küçədə arxayın gəzmək mümkündür.