SENTYABRDA HAVANIN TEMPERATURU VƏ YAĞMURLUQ NORMA DAXİLİNDƏ OLACAQ
Sentyabr ayında havanın temperaturu və yağıntıların səviyyəsi normaya yaxın olacaqdır. Qeyri-sabit hava şəraiti sentyabrın birinci və ikinci dekadasının ayrı-ayrı günlərində müşahidə olunacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 22-24 dərəcə isti (gecə 15-20 dərəcə, gündüz 26-30 dərəcə, ayrı-ayrı günlərdə 33 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (17-23 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 21-23 dərəcə isti (gecə 12-17, gündüz 25-30 dərəcə isti, bəzi günlər 35 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (7-13 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur - 13-16 dərəcə isti (gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə, bəzi günlər 28 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (34-50 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 20-22 dərəcə isti (gecə 14-18 dərəcə, gündüz 24-28 dərəcə, bəzi günlər 33 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (17-44 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 19-21 dərəcə isti (gecə 11-16, gündüz 24-27 dərəcə, bəzi günlər 32 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (33-120 mm), bəzi yerlərdə isə ondan çox olacaqdır.
Mərkəzi Aran rayonlarında orta aylıq temperatur 22-25 dərəcə isti (gecə 17-22, gündüz 27-32 dərəcə, bəzi günlər 37 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (14-38 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 20-22 dərəcə isti (gecə 15-19, gündüz 24-29 dərəcə, bəzi günlər 34 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (50-199 mm) olacaqdır.