Sentyabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın tutqun olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 15-17°, gündüz 17-21° isti olacaqdır.
Bakıda gecə 15-17°, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Hava şəraitinin təzadlı dəyişməsi ilə əlaqədar Abşeron çimərliklərində əlverişsiz hava şəraitinin müşahidə olunacağı, dəniz suyunun temperaturunun ötən günlərlə müqayisədə 2°-dək aşağı enəcəyi, 21-22° isti təşkil edəcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 11-16°, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir.
Temperaturun gecə 5-10°, gündüz 11-16° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 11-16°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 16-21° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir.
Temperaturun gecə 16-19°, gündüz 20-25°, dağlarda gecə 10-15°, gündüz 15-19° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 10-u axşam və 11-də hava şəraitinin təzadlı dəyişərək küləkli, yağmurlu keçməsi və temperaturun ötən günlərlə müqayisədə 3-5° aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 12-13-də meteoroloji amillərin zəif və mülayim dəyişikliyi əsasən əlverişlidir.