Sentyabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-19°, gündüz 23-26° isti, Bakıda gecə 16-18°, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-22° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-16°, gündüz 24-29° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 5-10°, gündüz 11-16° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.
temperaturun gecə 12-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran, Astara rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-19°, gündüz 22-27° isti, dağlarda gecə 9-13°, gündüz 15-19° isti olacağı gözlənilir.