SENTYABRIN 19-DA BAKI-LƏNKƏRAN-BAKI MARŞRUTU ÜZRƏ İLK AVİAREYS YERİNƏ YETİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti sentyabrın 19-da Bakı-Lənkəran-Bakı marşrutu ilə ilk sərnişin aviareysini yerinə yetirəcəkdir.
Bu barədə məlumat verən “Azərbaycan Hava Yolları” QSC xidmət rəisi Məhərrəm Səfərli bildirmişdir ki, sərnişin aviareysi həftənin I, III və V günləri həyata keçiriləcəkdir. Uçuşlar Fransadan alınmış ATR markalı təyyarələr vasitəsilə yerinə yetiriləcəkdir.
Biletlərin qiyməti Bakı-Lənkəran-Bakı istiqamətində 82 manat, bir tərəfə isə 41 manat məbləğində müəyyənləşdirilmişdir.
Hazırda “Azərbaycan Hava Yolları” QSC ölkə daxilində yalnız Bakı-Naxçıvan və Bakı-Gəncə marşrutları üzrə sərnişin aviareysləri yerinə yetirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]