Sentyabrın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperaturun gecə 16-21° isti, gündüz 23-28° isti, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-85, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Axşama doğru şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 11-16°, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Axşama doğru şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
günün ikinci yarısından şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,
Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
duman, çiskin olacaqdır. Axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
gün ərzində arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-21°, gündüz 25-30° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.