Sentyabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava buludlu olacaqdır. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 17-20°, gündüz 22-25° isti, Bakıda gecə 19-22°, gündüz 22-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 70-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 11-16°, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcəkdir.
Temperaturun gecə 7-12°, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli,
Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-17°, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcəkdir.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcəkdir.
Temperaturun gecə 15-20°, gündüz 24-29° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcəkdir.
Temperaturun gecə 18-21°, gündüz 24-28° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin qısa müddətə dəyişkənliyini bəzi meteohəssas insanlar hiss etsə də, 28-i gündüz və 29-da xəzridən sonra oksigenlə daha zəngin, təmiz, mülayim payız havası meteohəssas insanlar üçün əlverişlidir.