Sentyabrın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 17-20°, gündüz 25-29° isti, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-18°, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 14-18°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 18-21°, gündüz 27-31° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.