Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bu il keçirilən tədbirlər “Təhsili hücumdan qorumaq üçün indi hərəkətə keç” mövzusuna həsr olunur. Məktəblər, universitetlər və digər təhsil müəssisələri hər zaman sülhün möhkəmlənməsi və inkişafı üçün etibarlı məkan olmalıdır. Onların mülki xarakteri tanınmalı, müdafiə edilməli və onlar heç vaxt hədəfə alınmamalıdır. Silahlı münaqişələr təhsil üçün çox sayda dağıdıcı maneələr yaradır. Bu gün münaqişələrin uzanması gələcək nəsillərə, xüsusən uşaqlara və əhalinin ən həssas qruplarına mənfi təsir göstərəcək. Xüsusən silahlı münaqişə vəziyyətində və təhlükəsizliyin olmadığı şəraitdə təhsil hüququna hər kəs hörmətlə yanaşmalı, onu dəstəkləməli və bu hüquqdan hamı istifadə etməlidir.

Xatırladaq ki, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının 2020-ci il mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq təsis edilib. Həmin qətnaməni Qətər Dövləti təqdim edib və 62 ölkə tərəfindən dəstəklənib.

Məktəblərə hücum humanizm prinsiplərinin pozulmasıdır. Qətnamədə göstərilir ki, hökumətlər təhsilalanlar, xüsusən həssas durumda olanlar üçün bütün səviyyələrdə inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmininə və bu təhsilin müdafiəsinə görə məsuliyyət daşıyırlar. Sənəddə, həmçinin fövqəladə humanitar vəziyyətlərdə məktəblərin, təhsilalanların və müəllimlərin müdafiəsi üçün, təhsilin əlçatanlığına mane olan hərəkətlərin qarşısının alınması üçün, silahlı münaqişə vəziyyətində təhsilin əlçatan olması üçün bütün mümkün tədbirləri görmək yolu ilə məktəblərdə təhlükəsiz şərait yaradılmasından ötrü fəallıq göstərilməsinin və maliyyələşmə həcminin genişləndirilməsinin zəruriliyi vurğulanır.

Qətnamə UNESCO və UNICEF-i münaqişədən təsirlənmiş ölkələrdə yaşayan milyonlarla uşağın vəziyyəti haqqında məlumatlılığı artırmağa çağırır.

BMT bu günü təsis etməklə məktəblərin təhsilalanların və müəllimlərin müdafiəsini və təhlükəsizliyini təmin edən məkanlar qismində diqqətdə saxlanmasının, habelə təhsilin ictimaiyyətin diqqət mərkəzində qalmasının vacibliyini aydın şəkildə bildirir. Bu vəzifə COVID-19 şəraitində də prioritet olaraq qalır.

Azərbaycan təhsili də zaman-zaman münaqişələrin mənfi təsirinə məruz qalıb. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olundu. Bir milyona yaxın vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdü. Lakin dövlətimiz məcburi köçkünlər üçün salınan qəsəbələrdə məktəblər də inşa etdi. Ötən dövr ərzində məcburi köçkün uşaqları doğma torpaqlarından kənarda olsalar da, təhsillərini yüksək səviyyədə davam etdirdilər. Köçkün məktəblərini bitirən gənclərimiz ölkəmizdə və xaricdə ali təhsil alaraq, respublikamızın inkişafına töhfə verirlər.

Xatırladaq ki, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Eləcə də 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 şagirdin təhsil aldığı orta məktəb məhv edilib.

İkinci Qarabağ müharibəsi də təhsilimizə təsirsiz ötüşmədi. Bu müharibə 10 şagirdin həyatına son qoydu, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Məktəb infrastrukturuna ciddi ziyan dəydi - 60 məktəb binası dağıntılara məruz qaldı. Cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin raket atəşinə tutulması tədrisin davam etdirilməsini mümkünsüz etdi. Düşmənin mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırıldı.

Müharibədə Qələbə qazanan Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir. Bu ərazilərdə müasir standartlara cavab verən təhsil infrastrukturu da qurulmaqdadır. Xatırladaq ki, 2021-ci il avqustun 4-də Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, müvafiq istiqamət üzrə ilkin olaraq 7 milyon manat ayrılıb. Dövlətimizin başçısının “Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 4 oktyabr tarixli Sərəncamına əsasən, müvafiq sahə üçün ilkin olaraq 500 min manat ayrılıb.

Azərbaycan Prezidentinin “Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında” 2022-ci il 20 may tarixli Sərəncamına əsasən ilkin olaraq bir milyon manat, “Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 20 may tarixli Sərəncamına əsasən ilkin olaraq bir milyon manat ayrılıb.

Dövlətimizin başçısı, həmçinin sentyabrın 7-də “Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” və “Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: Final qarşılaşmasında ikinci qol vurulub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Dənizkənarı Milli Parkda "Uşaqlar idmanı sevir" adlı festival keçirilib

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib