Sərbəst güləşçimiz Əsgər Məmmədəliyev V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçisi Əsgər Məmmədəliyev Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 70 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz ilk görüşdə Kamerun təmsilçisi Guldilim Kristian ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 10:0 hesabı ilə məğlub edərək dörddəbir finala adlayıb.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün Oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]