Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Yuxarı Yaycı kəndi abad yaşayış məntəqəsinə çevrilib

Şərur, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır. İnsanların yaşaması və işləməsi üçün bütün imkanlar vardır. İş yerləri açılır, məktəblər, xəstəxanalar tikilir, yollar çəkilir".

Bu gün Naxçıvan Muxtar Respublikası öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən islahatlar Şərur rayonunda da sosial tədbirlərin əhatə dairəsini genişləndirib. Rayonun Yuxarı Yaycı kəndi də quruculuq tədbirlərindən sonra abadlaşıb, müasir infrastruktur yaradılıb.

 

Yuxarı Yaycı kənd tam orta məktəbi

əsaslı şəkildə yenidən qurulub

İnsan kapitalının formalaşmasında təhsilin xüsusi rolu vardır. Təhsil olmadan savadlı, hərtərəfli inkişaf etmiş gənclik yetişdirmək mümkün deyil. Bu səbəbdən də muxtar respublikada təhsilin davamlı inkişafı ilə bağlı tədbirlər görülür, məktəb binaları müasir tədrisin tələblərinə uyğun qurulur, informasiya texnologiyaları ilə təminat diqqət mərkəzində saxlanılır. Bu il Yuxarı Yaycı kənd tam orta məktəbinin binasında da yenidənqurma işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Yaycı kənd tam orta məktəbinə gəlib, yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan 144 yerlik məktəb binasında 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya laboratoriyası, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbin həyətində isə açıq idman qurğuları qoyulub.

Binada müasir tədris-texniki avadanlıqlar quraşdırılıb, zəngin fondu olan kitabxana istifadəyə verilib. Məktəbin kitabxanasında 1210 dərslik və 2046 bədii ədəbiyyat vardır. Şagirdlərin kitabxanaya cəlbi üçün müxtəlif tədbirlər görülür, “Kitabxana günləri” və “Mütaliə saatları” keçirilir.

Yaycı kənd tam orta məktəbindəki sinif otaqları və fənn kabinələri ən müasir tədris avadanlıqları ilə təchiz olunub, kompüterlər internetə qoşulub. Kompüter otağında informatika dərslərinin keçirilməsi ilə yanaşı, digər fənlərə aid elektron dərsliklərdən istifadə də mümkündür. Elektron lövhələr isə şagirdlərin dərsdə fəal iştirakını təmin edir.

Elektron lövhəli sinifdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə muxtar respublikanın 207 ümumtəhsil məktəbi arasında distant dərs keçirilib.

Kimya-biologiya laborato¬riyasında müasir tədris və təcrübə avadanlıqları qoyulub. Qeyd olunub ki, məktəbdə şagirdlərin dəqiq elmlərə marağı artırılır. Bunun nəticəsidir ki, ali məktəblərə qəbulda bir şagird yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunub.

Muxtar respublikanın ümumtəhsil məktəblərində idman dərslərinin tədrisinə xüsusi diqqət yetirilir. Yuxarı Yaycı kənd tam orta məktəbində də geniş idman zalı yaradılıb.

Məktəblərdə şagirdlərin hərb sənətinə marağının artırılması vacib məsələdir. Gənclərdə ilkin hərbi biliklərin formalaşdırılması, onlarda hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi bu sahədə kadr hazırlığına mühüm töhfə verir. Məktəbdə elektron lövhəli hərbi kabinənin istifadəyə verilməsi çağırışaqədərki hərbi hazırlıq fənninin hərtərəfli tədrisinə imkan verəcəkdir.

Ali Məclisin Sədri çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisi zamanı elektron dərsliklərdən istifadənin əhəmiyyətini vurğulayıb.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə məktəb işinə xüsusi diqqət yetirib. Ulu Öndər deyirdi ki, “Hər birimizə təhsil, bilik verən, yüksək intellektual səviyyəyə çatdıran məktəblərdir”. Ona görə bu gün ölkəmizdə məktəblər müasir tələblər səviyyəsində qurulur. Yuxarı Yaycı kənd tam orta məktəbində də müasir şərait yaradılıb. Tədris prosesində informasiya texnologiyalarının imkanlarından istifadə olunacaqdır. Bu da şagirdlərin hərtərəfli hazırlanmasına imkan verəcəkdir.

“Məktəb yalnız savadlı gənclər deyil, həm də ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirməlidir”, - deyən Ali Məclisin Sədri Yuxarı Yaycı kənd tam orta məktəbinin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirib, bu münasibətlə kollektivə təşəkkür edib.

Gənc müəllim Mirsədi Nemətov minnətdarlıq edərək deyib: Yuxarı Yaycı kənd məktəbində tədris imkanlarının müasir tələblərə uyğunlaşdırılması, müəllimlərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, onların əməkhaqqılarının artırılması muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir. Bu da ölkəmizin gələcəyinin daha da etibarlı olmasına təminat verir. Çalışacağıq ki, gənclər dövlətçiliyimizə sədaqət ruhunda böyüsünlər, yaxşı təhsil alaraq ölkəmizə və xalqımıza layiqli vətəndaş kimi yetişsinlər.

Məktəbin həyətində də geniş abadlıq işləri görülüb.

 

Dövlət qurumları üçün müasir

iş şəraiti yaradılıb

Oktyabrın 21-də Yuxarı Yaycı Kənd Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq işləri geniş miqyas alıb. Bu işlər Şərur rayonunda da davam etdirilir. Son illər rayonun kənd yaşayış məntəqələrində məktəb, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi, Şərur şəhərində geniş abadlıq işlərinin aparılması əhali tərəfindən rəğbətlə qarşılanır. Bütün bunlar bütövlükdə rayon əhalisinin sosial rifahının yaxşılaşdırılmasına müsbət təsir göstərib. Cari ilin ötən dövrü ərzində rayonun 7 yaşayış məntəqəsində tikinti-quruculuq işləri aparılıb. Artıq Şərur rayonunun 40 kəndi kompleks abadlaşdırılıb. Yuxarı Yaycı kəndində yaradılan infrastrukturlar da kəndin inkişafında yeni mərhələnin əsasını qoyub. İbrahim Məmmədov yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Yaycı kəndinin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olduğunu bildirib, bu münasibətlə sakinləri təbrik edərək deyib: Ölkəmizdə hər bir sahənin inkişafı qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq həyata keçirilir. Bu gün muxtar respublikada aparılan quruculuq tədbirləri də ölkəmizdə icra olunan dövlət proqramlarının tərkib hissəsidir. Bu il muxtar respublikanın ucqar dağ kəndlərindən olan Yuxarı Yaycı kəndi tamamilə abadlaşdırılmış, əhalinin rahat yaşaması üçün lazımi infrastruktur yaradılmışdır. Kənddə uşaqların yaxşı təhsil alması üçün müasir tədrisin tələblərinə cavab verən məktəb binası, dövlət strukturlarının fəaliyyəti üçün kənd mərkəzi tikilmiş, xidmət mərkəzi sakinlərin istifadəsinə verilmiş, yollar abadlaşdırılmış, təbii qazın və elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən bu kənddə əməkhaqqı və təqaüdə əlavə olaraq 20 faiz yüksəklik pulu da ödənilir. Bir sözlə, bu gün 1132 nəfərin yaşadığı Yuxarı Yaycı kəndində sakinlərin rahatlığı üçün lazım olan bütün tədbirlər görülmüşdür. Bu da dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə dövlət-cəmiyyət münasibətləri üstün mövqeyə malikdir. Dövlət əhaliyə lazımi qayğı göstərir, onların yaşayış şəraitini yaxşılaşdırır, maddi rifah halını yüksəldir. Vətəndaşlar da bunun qarşılığında dövlətin möhkəmləndirilməsi və inkişafı üçün səylərini əsirgəmir. Sərhəd və dağlıq yaşayış məntəqəsi olan Yuxarı Yaycı kəndində aparılan quruculuq işləri, lazımi infrastrukturun yaradılması, əhalinin rahat yaşayışının təmin olunması da dövlət-cəmiyyət münasibətlərinin tənzimlənməsinin daha bir ifadəsidir. Ona görə də sakinlər yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunmalı, torpaqlar əkilməli, heyvandarlıq və arıçılıq inkişaf etdirilməlidir. Dövlət strukturları kəndin inkişafına, təmizliyin, yaşıllığın və abadlığın qorunub saxlanmasına diqqəti artırmalıdırlar.

Ali Məclisin Sədri kəndin zəhmətkeş insanlarının bundan sonra da ölkəmizin inkişafına töhfə verəcəklərinə və kənddə məskunlaşmanın artacağına əminliyini bildirib, bir daha sakinləri təbrik edib.

Açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olub.

Məlumat verilib ki, ikimərtəbəli binada dövlət qurumlarının fəaliyyəti təmin olunub, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, rabitə evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana və mədəniyyət evi üçün iş otaqları ayrılıb, 45 yerlik iclas zalı istifadəyə verilib.

Kənd kitabxanasının fondunda 4606 kitab vardır. Kitabxanada mütəmadi olaraq tədbirlər keçirilir, guşələr yaradılır, oxucu marağı artırılır. Hazırda kitabxanada “Cəmşid Naxçıvanski-120” və “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə bağlı guşələr yaradılıb.

Kənddə baytarlıq xidmətinin təşkili üçün də nümunəvi şərait yaradılıb, baytarlıq məntəqəsi istifadəyə verilib. Bildirilib ki, hazırda Yuxarı Yaycı kəndində heyvandarlıq və arıçılıq inkişaf etdirilir. Hazırda təsərrüfatlarda min başdan artıq iribuynuzlu və xırdabuynuzlu heyvan, 500-ə yaxın arı ailəsi saxlanılır.

Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyası Yuxarı Yaycı kənd ərazi ilk təşkilatının iş şəraiti ilə tanışlıq zamanı deyib ki, bu gün ölkəmizdəki mövcud inkişafı və sabitliyi Yeni Azərbaycan Partiyası yaradıb. Yuxarı Yaycı kəndində aparılan quruculuq işləri, insanların rahatlığının təmin olunması da ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilib.

Yeni Azərbaycan Partiyası Yuxarı Yaycı kənd ərazi ilk təşkilatının sədri Vaqif Rəhimov minnətdarlıq edərək deyib ki, insanlar kənddə aparılan quruculuq işlərini Ulu Öndərin siyasi xəttinin bəhrələri kimi dəyərləndirir, daim bu siyasi xəttə sadiqlik nümayiş etdirirlər. Gənclər, ziyalılar Yeni Azərbaycan Partiyasının sırasına qoşulur, kəndin inkişafında yaxından iştirak edirlər.

Rabitə evində poçt bölməsi yaradılıb, kommunal ödənişlərin qəbulu, dövri mətbuatın, gündəlik danışıq və internet kartlarının satışı təşkil olunub. Həmçinin kəndə 6 kilometr uzunluğunda fiber-optik xətt çəkilib, sürətli internetdən istifadə imkanları yaradılıb.

Muxtar respublikada əhalinin sağlamlığına xüsusi diqqət yetirilir, kəndlərdə müasir tibb məntəqələri və həkim-ambulatoriyaları tikilib istifadəyə verilir. Yuxarı Yaycı Kənd Mərkəzində feldşer-mama məntəqəsinin fəaliyyəti üçün yaradılan şərait də həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsidir. Məntəqədə müdir, mama və manipulyasiya otaqları vardır. Burada ilkin tibbi yardım avadanlıqları qoyulub.

Ali Məclisin Sədri kənddə səhiyyə maarifi işinə xüsusi diqqət yetirilməsi, hamilə qadınların və uşaqların sağlamlığının qorunması barədə tapşırıqlar verib.

Binanın ətrafı da abadlaşdırılıb, gülkarlıqlar salınıb.

 

Yuxarı Yaycıda yeni xidmət mərkəzi

fəaliyyətə başlayıb

Oktyabrın 21-də Yuxarı Yaycı kəndində yeni Xidmət Mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Xidmət mərkəzi cari ildə kənddə aparılan quruculuq işləri çərçivəsində inşa edilib. Binada bərbərxana və mağaza fəaliyyət göstərir. Ticarət və məişət xidmətlərinin təşkili sakinlərin rahatlığını təmin edib. Mağazada zəruri ərzaq və sənaye malları ilə yanaşı, kənddə istehsal olunan məhsullar da satışa çıxarılır. Xidmət mərkəzində 2 nəfər işlə təmin olunub.

 

Yuxarı Yaycı kənd avtomobil yolu

istifadəyə verilib

Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası ilbəil artır. Bu il Yuxarı Yaycı kənd avtomobil yolu da yenidən qurulub.

Oktyabrın 21-də avtomobil yolunun açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib.

Məlumat verilib ki, 5,7 kilometr uzunluğunda yol genişləndirilib, asfalt örtük salınıb, 1 selötürücü, 48 su keçidi tikilib, 390 metr beton kanal çəkilib. Yolun müasir tələblər səviyyəsində yenidən qurulması nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə imkan verəcəkdir.

 

* * *

Aparılan tikinti quruculuq işləri zamanı kəndin rabitə, içməli su, elektrik və təbii qaz təchizatı da yaxşılaşdırılıb, 4800 metr rabitə, 1400 metr elektrik və 300 metr məsafədə qaz xətləri çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib