ŞƏRURDA ƏLİLLƏR VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN EVLƏR TİKİLİR
AZƏRTAC xəbər verir ki, Şərur rayonunda əlil və şəhid ailələri üçün fərdi evlər inşa olunur.
Rayonun Həmzəli, Kürçülü, Dərəkənd, Məmmədsabir və Zeyvə kəndlərində mənzillərin inşası rayon tikinti-quraşdırma idarəsinə həvalə olunmuşdur.
Tikintidə keyfiyyət amilinə ciddi diqqət yetirilir, evlərin vaxtında təhvil verilməsi üçün cədvələ ciddi əməl olunur.