ŞƏRURDA ƏLİLLƏR VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN MƏNZİLLƏR TİKİLİR
AZƏRTAC xəbər verir ki, Şərur rayonunda əlil və şəhid ailələri üçün fərdi mənzillər inşa olunur.
Rayonun Həmzəli, Kürçülü, Dərəkənd, Məmmədsabir və Zeyvə kəndlərində mənzillərin inşası rayon tikinti-quraşdırma idarəsinə həvalə olunmuşdur.
Tikintidə keyfiyyət amilinə ciddi diqqət yetirilir, mənzillərin vaxtında təhvil verilməsi üçün xüsusi səy göstərilir.