Səudiyyə Ərəbistanı hidrogenlə işləyən qatarı sınaqdan keçirəcək
Bakı, 8 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı gələn həftə regionda bir ilkə imza ataraq, hidrogen yanacağı ilə işləyən qatarı sınaqdan keçirəcək.
AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səud Yaxın Şərq və Şimali Afrika ölkələri üçün Regional İqlim Həftəsinin açılışında çıxışı zamanı deyib.
“Biz etibarlı, şəffaf və uyğunlaşa bilən mexanizmimizi daxili bazara çıxaracağıq. Bu, Yaxın Şərqdə ilk hidrogen qatarı olacaq, sınaqları gələn həftə başlayacaq və bir neçə ay davam edəcək", - deyə nazir bildirib.
Hidrogen yanacağı ilə işləyəcək qatar atmosferə yalnız ekoloji cəhətdən təmiz su buxarı buraxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]