SEUL BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Koreya Respublikasına üçgünlük dövlət səfərinə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Seul beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ali qonağın şərəfinə 21 yaylım atəşi açıldı.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Koreya Respublikasının dövlət və hökumət nümayəndələri
və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.