Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir
Bakı, 7 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə,
bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan belə tədbirlər Şəki Şəhər-Rayon Polis Şöbəsi, Zaqatala və Balakən Rayon Polis şöbələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmələri tərəfindən keçirilib.
Səyyar xidmət zamanı rayonların əsasən ucqar kəndlərində yaşayan sakinlərinə yeni şəxsiyyət vəsiqələri verilib və yaxud müddəti bitmiş şəxsiyyət vəsiqələri yeniləri ilə əvəz olunub.
Ümumilikdə cari ilin doqquz ayı ərzində keçirilən səyyar xidmətlər nəticəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən rayon üzrə ümumilikdə 6002, Zaqatala Rayon Polis Şöbəsinin analoji xidmət əməkdaşları tərəfindən 682, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə 4764 nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]