Seysmoloqlar “YAŞAT” Fonduna ianə edib
Bakı, 31 dekabr, AZƏRTAC
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) kollektivi ərazi bütövlüyümüzün müdafiəsi uğrunda yaralanan hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediblər.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, RSXM əməkdaşları dekabr ayı üzrə əməkhaqqlarının bir hissəsini könüllü şəkildə fonda köçürüblər.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Vətən müharibəsinə dəstək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 10 min manat ianə edilib.
Azərbaycan seysmoloqları Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən qəhrəman döyüşçülərlə fəxr edir, vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsini hər zaman ehtiramla yad edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]