SHXÇDX-nın qadın hərbi qulluqçuları akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycanın görkəmli oftalmoloq-alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100-cü ildönümü günündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) qadın hərbi qulluqçuları Fəxri xiyabanı ziyarət edib.
Bu barədə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib.
Akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad edilib.