Silahlı Qüvvələrdə psixoloji iş üzrə dinləyicilərin növbəti buraxılışı olub
Bakı, 29 fevral, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi psixoloq ixtisası üzrə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirən dinləyicilərin növbəti buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs müddətində ixtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətə “Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə və aparılmasına dair təlimat”ın tələbləri, eləcə də hərbi kollektivlərdə sağlam mənəvi-psixoloji vəziyyətin qorunub saxlanılması, hərbi qulluqçuların psixoloji xüsusiyyətlərinin aşkarlanması, fərdi söhbətlərin aparılması qaydaları və əhəmiyyəti, psixoloji yardımın göstərilməsi, digər istiqamətlər üzrə tələblər və tövsiyələr çatdırılıb.
Hazırlıq müddətində şəxsi heyət psixoloji işin təşkilində müxtəlif orduların təcrübəsi, qoşunlarda psixoloji dayanıqlığın saxlanılması, hərbi qulluqçuların və onların ailə üzvlərinin, habelə mülki işçilərin psixi sağlamlığının qorunması mövzularında mühazirələr dinləyib.
Silahlı Qüvvələrdə psixoloji işin təkmilləşdirilməsi və inkişafı məqsədilə kurslar davamlı olaraq plana uyğun həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:50]
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər
- 05.10.2026 [16:09]
Polşa portalı “ADEX 2026” sərgisindən yazıb
- 05.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 5 oktyabr
- 04.10.2026 [21:22]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 04.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 4 oktyabr
- 03.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 3 oktyabr
- 03.10.2026 [11:38]