“Şimal axını-2” üzrə Berlin konfransı proqnozlarında ehtiyatlıdır
Berlin, 25 fevral, AZƏRTAC
Berlində keçirilən iqtisadi məsələlər üzrə Almaniya-Rusiya konfransında Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çəkilməkdə olan “Şimal axını-2” boru kəmərinin işə salınması zamanı yarana biləcək mümkün çətinliklər müzakirə olunub. Almaniya Ticarət-Sənaye Palataları Birliyi (DIHK) və Rusiya-Almaniya Xarici Ticarət Palatası (AHK) tərəfindən altıncı dəfə təşkil edilən konfransın iştirakçıları bildiriblər ki, Brüsselin Aİ-nin Üçüncü Enerji Paketinin Qaz Direktivinin üçüncü ölkələrdən olan qaz kəmərlərinə tətbiq etmək qərarı “Şimal axını-2” layihəsinə çətinliklər yaradır. Boru kəmərinin işə salınması zamanı müəyyən çətinliklər yarana bilər və çox güman, labüddən yaranacaq.
AHK-nın prezidenti, “Şimal axını-2” qaz kəmərinə sərmayə qoyan beş Qərb şirkətindən birinin - Almaniyanın OMV konserninin rəhbəri Rayner Zele çıxışında deyib: “Bu layihənin icrası hər gün, hər dəqiqə davam etdirilir”. O, yekun mətnin hüquqiliyinin yoxlanılacağını vəd edib.
R.Zele daha sonra deyib: “Ümidvarıq ki, Almaniya aparıcı rolu əldən verməyəcək. Biz Brüsselə deyil, Almaniyaya bel bağlayırıq və çox ümid edirik ki, Almaniya həmin layihəni bundan sonra da dəstəkləyəcək”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin