Şimali Koreya bir neçə qısamənzilli ballistik raket buraxıb
Pekin, 18 sentyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 18-də səhər saatlarında şimal-şərq istiqamətində 2 ballistik raket buraxılışı həyata keçirib.
AZƏRTAC xəbər verir ki, “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadla xəbər yayıb. Bildirilir ki, raketlər yerli vaxtla səhər saat 6:50-də paytaxt Pxenyan yaxınlığındakı Keçhon ərazisindən buraxılıb. Raketlər uçuş detalları barədə məlumat verilmir.
Cənubi Koreya tərəfi Pxenyanın raket fəaliyyətinin monitorinqini davam etdirdiyini, məlumatların ABŞ və Yaponiya ilə bölüşdürüldüyünü açıqlayıb.
Yaponiyanın özünümüdafiə qüvvələrinin məlumatında deyilir ki, KXDR yarımsaatlıq fasilə ilə 2 raket buraxıb. Raketlər dənizdə Yaponiyanın məxsusi iqtisadi zonasından kənarda suya düşüb. Yaponiyanın sahil mühafizə xidməti hər hansı zərər barədə açıqlama verməyib.
Qeyd edək ki, KXDR bundan əvvəl sonuncu dəfə sentyabrın 13-də ballistik raket sınağı keçirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]