Şimali Koreya da COVID-19-a qarşı peyvənd üzərində çalışır
Pekin, 19 iyul, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) alimləri yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd üzərində çalışırlar.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, KXDR-in Dövlət Elm və Texnologiya Komitəsi belə açıqlama yayıb. Komitənin rəsmi internet səhifəsində yerləşdirilən hesabatda bildirilir ki, KXDR Tibb Elmləri Akademiyasının nəzdindəki biologiya institutu mütəxəssislərin hazırladıqları peyvəndin heyvanlar üzərində sınaqları uğurla başa çatıb. Bu aydan isə peyvəndin kliniki sınaqları başlayıb. Peyvənd hazırlanmasında koronavirus üçün hüceyrə reseptoru olan ACE-2 genindən (angiotenzin çevirən ferment) istifadə olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, KXDR-də COVID-19 infeksiyasına yoluxma qeyd alınmayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]