ŞİRVAN ŞƏHƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLUNMUŞ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Şirvan şəhərində respublikanın ali təhsil müəssisələrinə bu il qəbul olunmuş tələbələrlə şəhər ictimaiyyətinin görüşü keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Görüşdə təhsil şöbəsinin müdiri Paşa Nəbiyev bildirmişdir ki, cari ildə Şirvan şəhərindən 300 gənc ölkənin ali təhsil müəssisələrinin tələbələri sırasına qoşulmaq hüququ qazanmışdır. Onların 23-ü 600-dən çox, 1 nəfəri isə 700 bal toplamışdır.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov təhsil marafonunun məsul mərhələsini uğurla adlayan tələbələrin və onların müəllimlərinin bir qrupuna şəhər rəhbərliyi adından pul mükafatları və fəxri fərmanlar təqdim etmişdir.
Şəhərin baş meydanında geniş konsert təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]