Şirvan şəhərində tütün məmulatlarından istifadə qaydalarını pozanlar cərimələnib

Bakı, 28 noyabr, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində tütün məmulatlarından istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ötən gün ərzində şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan 10 nəfər müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən protokollar tərtib olunub və onlar qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2025 [15:26]
Təbiətə 108 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi açılıb
- 30.04.2025 [15:09]
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
- 30.04.2025 [14:49]
Baş prokuror Çində səfərdə olmuş nümayəndə heyəti ilə görüşüb
- 30.04.2025 [14:40]
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
- 30.04.2025 [13:52]
Xocəsəndə həssas təbəqədən olan 167 nəfər oftalmoloji müayinədən keçib
- 30.04.2025 [13:50]
Ağdama Böyük Qayıdış: Daha 35 ailə doğma yurduna qovuşub - YENİLƏNİB VİDEO
- 30.04.2025 [13:30]
Marketin içində və çölündə
- 30.04.2025 [13:08]