REGİONLAR
Şirvanda şəhid Kamran Fərəcovun xatirəsi anılıb
![](/files/galleryphoto/2023/3/1200x630/16986543234743856099_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698654323834842444_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698654323158202451_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16986543231169542387_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698654323644662122_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698654323276437651_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16986543235191415918_1200x630.jpg)
Şirvan, 30 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Kamran Fərəcovun xatirəsi anılıb. Şəhidin üçüncü ildönümündə şəfərli həyat yoluna bir daha nəzər salınıb, keçdiyi döyüş yolundan söhbət açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərliyi, Daxili Qoşunların zabit və əsgər heyəti, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri anım mərasimində iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Çıxış edənlər tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını qeyd ediblər.
Şəhid Kamran Fərəcovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu vurğulanıb, həmçinin şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açılıb.
Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət keçən Kamran Fərəcov Vətən müharibəsi başlayan zaman ön sıralarda yer alıb və Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, bir çox uğurlu tapşırıqların icrasında xüsusi şücaəti ilə seçilib. Oktyabrın 24-də şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.