SLOVAKİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İVAN QAŞPAROVİÇƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Slovakiya xalqını öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Əminəm ki, gündən-günə genişlənən Azərbaycan-Slovakiya münasibətləri, dostluq və əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 avqust 2007-ci il.