Slovakiyada Avropa Parlamentinə seçkilər başlayıb
Bakı, 8 iyun, AZƏRTAC
Bu gün 5,5 milyon əhalisi olan Slovakiyanın 4 milyondan çox seçicisi beş illik müddətə Avropa Parlamentinin 15 üzvünü seçəcək.
AZƏRTAC RTVS telekanalına istinadla xəbər verir ki, sosioloji sorğular respublikanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsddən sonra seçicilər arasında onun rəhbərlik etdiyi “İstiqamət – Sosial Demokratiya” partiyasına dəstəyin artdığını göstərir. İyunun 4-də dərc olunan sosioloji sorğunun nəticələrinə görə, seçicilərin 22,5 faizi Robert Fitsonun partiyasına səs vermək niyyətindədir.
Respublikanın ən böyük liberal müxalifət partiyası “Mütərəqqi Slovakiya” vətəndaşların 20,6 faizinin etimadını qazanıb. Siyasi simpatiyalar reytinqində üçüncü yeri Slovakiya Prezidenti Peter Pelleqrininin təsis etdiyi “Səs – Sosial Demokratiya” partiyası tutur. Onu slovakların 14 faizi dəstəkləyir.
Slovakiyanın 22 partiyası və bir koalisiya Avropa Parlamentinə öz namizədlərini irəli sürüb. Seçkinin nəticələrinin iyunun 9-da günortadan sonra elan olunacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]