Slovakiyanın Baş naziri Robert Fitso xəstəxanadan buraxılıb
Bakı, 31 may, AZƏRTAC
Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra müalicə aldığı xəstəxanadan buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ruzvelt xəstəxanasının yaydığı press-relizdə deyilir. Məlumata görə, həkimlər Baş nazirin səhhətinə evdə nəzarət edirlər.
Mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb və orada iki əməliyyat keçirib.
Dindirilmə zamanı Sintula hücumu hökumətin siyasətini bəyənməməsi ilə izah edib. O, prezident seçkilərinin nəticələrindən, həmçinin ölkə hakimiyyətinin Ukraynaya silah tədarükü ilə bağlı mövqeyindən narazı qaldığını bildirib.
Baş nazirə atəş açan şəxs adam öldürməyə cəhddə ittiham olunur. İstintaq bağlı qapılar arxasında aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]