“Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam edir
Bakı, 4 iyul, AZƏRTAC
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.
AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.
Hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.
Əlavə məlumat veriləcək.