Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn tədris davam etdirilir

Bakı, 22 iyul, AZƏRTAC

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) SOCAR-ın əməkdaşları üçün təşkil olunan 41 vebinara minlərlə dinləyici qoşulub, 38 onlayn təlim keçirilib, 350-dək dinləyici interaktiv təlimlərdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, cari ilin yanvar ayından etibarən qlobal səviyyədə sürətlə yayılan koronavirus pandemiyası nəticəsində ölkəmizdə yoluxma hallarının minimuma endirilməsi və vətəndaşlara təsirinin azaldılması məqsədilə həyata keçirilən intensiv tədbirlərin davamı olaraq SOCAR-ın əməkdaşları arasında COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün işçilərin əmək şəraiti hazırda tətbiq edilməkdə olan xüsusi karantin rejiminin tələblərinə adekvat surətdə uyğunlaşdırılıb. SOCAR-ın digər struktur bölmələri kimi, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi bu ilin mart ayından öz fəaliyyətini xüsusi rejimdə davam etdirir. Bununla əlaqədar idarənin təlim mərkəzlərində qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri mütəmadi surətdə həyata keçirilib. İdarənin giriş və çıxışları, iş otaqları, dəhlizlər, konfrans və akt zalları, yeməkxana, habelə Kadr hazırlığının təşkili mərkəzinin sinif otaqları və laboratoriyalar dezinfeksiya edilib.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov deyib ki, martdan etibarən tətbiq olunan xüsusi karantin rejiminin tələblərini rəhbər tutaraq idarənin əməkdaşlarının 25 faizi sosial məsafə gözlənilməklə işə cəlb edilib: “Onlardan əvvəlcə koronavirus test götürülüb və yalnız test nəticələri mənfi çıxan əməkdaşların işə gəlməsinə icazə verilib. Hər gün işə başlamazdan əvvəl işçilərin bədən hərarəti ölçülür, onlar tibbi maska ilə təmin olunurlar”.

Qeyd edək ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi və təhsil müəssisələrində qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi baxımından cari ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Tədris prosesində yaranmış fasilə dövründə tədris proqramının dinləyicilərə çatdırılması məqsədilə aprel ayının 15-dən etibarən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn dərslərin keçirilməsi qərara alınıb.

F.Süleymanov bildirib ki, hazırda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin bütün təlim mərkəzlərində onlayn təlimlərin keçirilməsi üçün sinif otaqları ayrılıb və lazımi texniki avadanlıqlarla təchiz edilib: “Dərslər "Skype for business" proqramı ilə internet vasitəsilə təşkil edilir. Sistemə qoşulan hər bir dinləyici onlayn dərs zamanı müəllimi dinləməklə yanaşı, müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdir. Təlimlərin sonunda qiymətləndirmələr onlayn rejimdə aparılır və kursu müvəffəqiyyətlə başa vuran dinləyicilər sertifikata layiq görülürlər”.

Qeyd etmək lazımdır ki, SOCAR-da çalışan mühəndis-texniki işçilər üçün təlimlər maarifləndirmə, təlimatlandırma və təkmilləşdirmə istiqamətlərində həyata keçirilir. Sözügedən təlimlərdən ISO 9001:2015 "Keyfiyyət idarəetmə sistemi" beynəlxalq standartı, “Microsoft Office” paketi (MS Word, MS Excel, MS PowerPoint), “AutoCAD” proqramı, ISO 14001:2015 "Ekologiya idarəetmə sistemi" beynəlxalq standartı, Neft sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi, İlk tibbi yardım (Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi) ISO 31000 - “Risklərin idarə edilməsi sistemi” beynəlxalq standartı, "MS Excel proqramı" (yuxarı səviyyə), "Neft-qazçıxarma əməliyyatlarının xüsusi aspektəri", "Dənizdə qəza halları və təhlükəsizliyin əsasları ilə tanışlıq", ISO/IEC 17025:2017 "Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər standartı", "Beynəlxalq nəqliyyat sistemləri və logistika" və sair misal göstərmək olar.

İdarə rəisinin sözlərinə görə, hazırkı dövrədək 41 vebinar təşkil olunub, vebinarlara minlərlə dinləyici qoşulub. TTSİ tərəfindən 38 onlayn təlim keçirilib, 350-dək dinləyici interaktiv təlimlərdə iştirak edib.

F.Süleymanov, həmçinin vurğulayıb ki, sosial məsafənin gözlənilməsinin daha rahat olduğu qaynaqçıların hazırlanması ilə əlaqədar “Ümid-Babək” layihəsi çərçivəsində “Neftqaztikinti” Tresti üçün praktiki qaynaq təlimləri reallaşdırılır. Neft və qaz potensialına malik olan “Qarabağ” yatağının dayaq blokunun quraşdırılmasında iştirak edəcək qaynaqçıların peşə biliklərinin və bacarıqlarının artırılması sahəsində mexaniki və fiziki sınaqların yekunlaşmasından sonra 74 qaynaqçının attestasiyası aparılacaq. Bu məqsədlə, pandemiya dövründən əvvəl Ukrayna Milli Elmlər Akademiyasının E.O.Paton adına Elektrik Qaynağı İnstitutunun “Sahələrarası Təlim-Attestasiya Mərkəzi" dövlət müəssisəsində “Beynəlxalq qaynaq mühəndisi" kvalifikasiyası üzrə xüsusi təlim kursunda iştirak etmək üçün İdarənin Ukraynaya ezam olunmuş 3 mütəxəssisi kursu müvəffəqiyyətlə başa vuraraq ölkəmizə qayıdıb, “Qarabağ” yatağının dayaq blokunun svaylarının hazırlanmasında öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur