Son 24 saatda Pakistanda 2 min 164 nəfər koronavirusa yoluxub
İslamabad, 15 noyabr, AZƏRTAC
Son gündə Pakistanda COVID-19-a 2 min 164 nəfər yoluxub və pandemiya dövründə yoluxmaların sayı 354 min 461-ə çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada koronavirus 17 nəfərin ölümünə səbəb olub. Bununla da bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 7 min 109-a çatıb.
Qeyd edilir ki, xəstəxanalarda 24 min 938 pasiyent var, onların 1316-sının vəziyyəti ağırdır.
Bildirilir ki, pandemiya müddətində 322 min 414 xəstə evə buraxılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]