Son sutka ərzində Çində COVID-19 xəstəliyindən ölən olmayıb
Bakı, 18 aprel, AZƏRTAC
Son sutka ərzində Çində COVID-19 xəstəliyindən ölən olmayıb, xəstəxanada müalicə alanların sayı isə 27 nəfər artaraq 1058-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qurumun məlumatına əsasən, virusun Çinin materik hissəsinə yayıldığı vaxtdan bəri yoluxanların 93,1 faizi, o cümlədən son sutka ərzində 50 nəfər sağalıb. 2019-cu ilin dekabr ayından ölkədə COVID-19 xəstəliyinə tutulan insanların dəqiqləşdirilmiş ümumi sayı 82,7 min nəfəri ötüb, 4 min 632 nəfər isə həyatını itirib. Ölüm hallarının rəsmi göstəricisi isə 5,6 faiz təşkil edir.
Son günlər ölkə daxilində virusa yoluxan insanların sayı xeyli azalıb, ötən sutka ərzində 10 belə hal müəyyən olunub, yoluxanların əksəriyyəti isə xarici ölkələrdən gələn insanlardır.
Epidemioloji vəziyyət yaxşılaşdıqca iqtisadi aktivlik də yüksəlir. Buna baxmayaraq, hakimiyyət orqanları sərt təhlükəsizlik tədbirlərini saxlayır, pandemiya şəraitində ictimai yerlərdə davranışı nizamlayan xüsusi qaydalar əvvəlki kimi qüvvədə qalır.
2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və qısa müddətdə demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Xəstəliyin yayılması vəziyyətinin monitorinqini aparan Amerikanın Cons Hopkins Universitetinin bu gün Bakı vaxtı ilə saat 9:00-a olan məlumatına görə, dünya üzrə COVID-19 virusuna 2 milyon 244 minə yaxın yoluxma halı qeydə alınıb, ölənlərin sayı 154 min 215 nəfərə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]