Son sutkada dünyada 135 mindən çox insan COVID-19-a yoluxub
Bakı, 7 iyun, AZƏRTAC
Dünyada koronavirusa yoluxanların sayı 6,7 milyon nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 137 minə yaxın yoluxma qeydə alınıb. Bununla yanaşı, pandemiya qurbanlarının ümumi sayı 400 mini ötüb.
“Son sutkada dünyada koronavirusa 136 409 yoluxma qeydə alınıb, 4586 nəfər ölüb. Bununla da dünyada koronavirusa yoluxanların sayı 6 799 713 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 397 388 nəfər təşkil edir”, - deyə təşkilatın xəbərində bildirilir.
Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 3 234 875 nəfərdə təhlükəli virus aşkarlanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]
Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır
- 16.06.2026 [10:32]
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb
- 16.06.2026 [09:10]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]