Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı 41 minə çatıb
Daşkənd, 28 avqust, АZƏRTAC
Son sutkada Özbəkistanda COVID-19-a 418 nəfər yoluxub və yoluxanların ümumi sayı 40 min 613 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son gün ərzində koronavirusdan 4 nəfər dünyasını dəyişib və ölənlərin sayı 300 nəfərə çatıb.
Bildirilir ki, müalicə müəssisələrində 3 min 113 xəstə var, onların 279-nun vəziyyəti ağır, 133-nün isə çox ağırdır.
Son 24 saatda virusdan 438, pandemiya dövründə isə 37 min xəstə sağalıb.
Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində ötən gecə Türkiyədən Daşkənddə 16 həkimdən ibarət briqada gətirilib. Bundan əvvəl isə ölkədə Rusiya, Almaniya və Çindən gətirilən həkimlər işləyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]