Sosial media uşaqlarda idrak qabiliyyətini zəiflədir
Bakı, 21 oktyabr, AZƏRTAC
Yeni tədqiqat göstərib ki, sosial mediadan çox istifadə edən uşaqların yaddaş, dil və oxuma bacarıqları zəifləyir. “JAMA” jurnalında dərc olunan araşdırmada 9-13 yaş arası 6554 yeniyetmə iştirak edib.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqata görə, sosial mediada daha çox vaxt keçirən uşaqlar şifahi oxu, yaddaş və lüğət testlərində daha aşağı nəticələr göstəriblər. Uşaqların çoxu hər gün təhsillə əlaqəsi olmayan məqsədlərlə ekranda təxminən 5,5 saat vaxt keçirir və bu müddətin böyük hissəsi sosial media istifadəsinə gedir.
Araşdırma ABŞ-də Adolesan Beyinin Koqnitiv İnkişafı (ABCD) layihəsi çərçivəsində aparılıb. Məlum olub ki, sosial mediadan istifadəsi yüksək olan uşaqların idrak göstəriciləri, xüsusilə dil və yaddaş sahəsində aşağı səviyyədədir.
Tədqiqatçılar bildiriblər ki, nəticələr sosial mediaya yaş məhdudiyyətlərinin gücləndirilməsinin vacibliyini göstərir. Bununla belə, araşdırma səbəb-nəticə əlaqəsini deyil, yalnız əlaqəni müəyyən edib. Mütəxəssislər qeyd edir ki, sosial medianın uşaqların beyin fəaliyyətinə təsir mexanizmlərini daha dərindən anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]