Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sözün təsdiqi

Sözün təsdiqi

Bakı, 29 may, AZƏRTAC

İyirmi səkkiz illik Qarabağ həsrətindən sonra, bir çox maneə və çətinliyə baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz düşməni darmadağın etdi. Həmsədrlərin danışıqlar masasında görməli olduğu işi, Azərbaycan əsgər və zabiti özü yerinə yetirmək məcburiyyətində qaldı, xalqımızı halal haqqına qovuşdurdu, tarixi ədaləti və beynəlxalq hüququ təmin etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Deputat bildirib ki, Qələbəmizə aparan yolda ağır və təhlükəli sədlər yetərincə idi. Bu, təkcə ermənilərin Qarabağda qurduqları çoxeşalonlu mühəndis-istehkam qurğularının, məlum xarici əngəllərin dəf olunması ilə bağlı deyildi. Daxili problemlər, biri digərindən çətin olan vəzifələr də öz həllini gözləyirdi: güclü ordu quruculuğundan, onun ən müasir silahlarla təchizatından, əlverişli və ədalətli diplomatik mühitin yetişdirilməsindən tutmuş ölkədə sosial-iqtisadi dayanıqlığın təmin olunmasınadək. Bunlardan da vacib olan Qələbəyə ictimai inamın sarsılmasına imkan verməmək, bu inam və müqəddəs hədəfimiz uğrunda tarixi birliyimizə nail olmaq idi. Prezident İlham Əliyevin öhdəsindən uğurla gəldiyi ən mürəkkəb vəzifələrdən biri də elə budur: torpaq məsələsində hər hansı güzəşti rədd edən, Vətən sevgisinə, dövlət və vətəndaş məsuliyyətinə, qarşılıqlı inama söykənən iradə birliyimizin təmin edilməsi. Qələbədən sonra Prezidentimizin işğaldan azad edilən Qarabağa hər səfərindən aldığımız mənəvi tarazlıq və rahatlıq hissi diktə edir ki, seçdiyimiz bu ağır və şərəfli yolda qazandığımız Qarabağla yanaşı, birliyimizi də bundan sonra göz bəbəyi kimi qoruyaq!

Qarabağda ermənilərin törətdikləri vandallığın, dağıntıların ağlasığmaz miqyası nə qədər ağrılı olsa da, şükür edirik ki, Qarabağı qaytarmışıq, Qarabağa qayıtmışıq. Bu təzadlı hissləri indi hər bir Azərbaycan vətəndaşı yaşayır, çünki Qarabağın əzəli və tarixi sahibi yalnız Azərbaycan xalqıdır. Ermənilər yadelli olduqlarına görə Qarabağı viran etdilər, torpaqlarımıza, daş-kəsəyimizə də düşmən kəsildilər. Düşündülər ki, bəlkə, qəddarlıqla gözümüzü qırıb Qarabağı bizlərə unutdura, özlərini isə torpaqlarımıza zorla sırıya, qəbul etdirə bilərlər. Alınmadı! Çünki mərdlik və düşmənə itaətsizlik, sevgi və şəfqət, gözəllik və mərhəmət ocağı olan Qarabağ qəddarlığı, yadelli tapdağını qəbul edə bilməzdi və etmədi, xilas gününü səbirlə gözlədi.

Ülvi Quliyev qeyd edib ki, indi Qarabağ bərpa və abadlığa qovuşmaq kimi ləyaqətli və layiq olduğu taleyini yaşayır. Prezident İlham Əliyev mayın 28-də işğaldan azad edilən Ağdama səfər etdi, məhz Respublika Günündə Ağdam ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhərin Baş Planını təqdim etdi. Sözün əsl mənasında, ermənilərin düşmən kəsildiyi, xüsusi qəddarlıq göstərdiyi rayonlarımızdan biri də Ağdam olub. Erməni vandalları Ağdamı elə bir vəziyyətə salıblar ki, oradakı mənzərəni görən xarici qonaqlar vaxtılə əsrarəngiz gözəlliyi, qaynar həyatı ilə seçilən Ağdama indi “Qafqazın Xirosiması” deyirlər...

Ağdamın Baş Planının təqdimatı zamanı Prezident İlham Əliyev ağdamlılara bu müjdəni verdi: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”. Dövlətimizin başçısı Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 140 illik tarixi olan 1 saylı məktəbin yeni inzibati binasının, Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu, Ağdam şəhər meşə-parkının salınmasında iştirak etdi. Pənahəli Xan sarayının yerləşdiyi İmarət kompleksinin, Qiyaslı məscidinin, Şahbulaq qalasının bərpası, Zəfər və İşğal muzeylərinin tikintisi ilə bağlı tövsiyə və göstərişlərini verdi. Bütün bunlar, heç bir çətinliyə baxmadan, Qarabağda bərpa-quruculuq işlərinin başlanılması ilə bağlı Prezident iradəsinin və mövqe qətiyyətinin bəhrəsidir. Həm də bir daha onun təsdiqidir ki, Prezident İlham Əliyevin sözü, heç şübhəsiz, imzası qədər gücə sahibdir. Tədbirdə dövlətimizin başçısının Ağdam ictimaiyyətinin nümayəndələrinə söylədiyi bu fikirlər elə həmin səbəbdən təsadüfi deyildi: “Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir”.

Son günlər xüsusi canfəşanlıq edən, çox vaxt ermənilərin yalan və iftiralarına uyan ünvanlara da Prezidentimiz gərəkli mesajını verdi: “Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində təcavüzkara-işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır”. Prezident çıxışında Qələbəmizi şərtləndirən amillərə bir daha xüsusi diqqət çəkdi: “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi... İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır... Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin böyük həqiqətləri ifadə edən bu fikirlərində Qafqaza marağını gizlətməyən dairələrə də ciddi mesaj yer alırdı. Prezidentimiz faktiki olaraq dedi ki, Ermənistanın öz dövlət müstəqilliyindən imtina yolunu seçməsinə uymasınlar. Torpaqlarımızın bir qarışında belə güzəştə getməyən Azərbaycan dövləti və xalqımız üçün müstəqillik Qarabağ qədər müqəddəs və əbədi seçimdir. Prezidentin demədiyi, dilə gətirmədiyi yalnız bir məsələ oldu. O demədi ki, torpaq həsrətimizə son qoyulmasının, milli qürurumuzun qorunmasının və şanlı Qələbəmizin təməlində bu illər ərzində məhz onun siyasi iradəsi və qətiyyəti dayanıb. Prezident bunları dilə gətirməsə də, qədirbilən xalqımız həqiqətləri dəqiqliklə bilir və öz Ali Baş Komandanının, Prezidentinin adını yaddaşına da, tarixinə də böyük hərflərlə artıq həkk edib. Buna siyasi qısqanclıqla yanaşan dairələr, canfəşanlıq edən ermənipərəst ünvanlar bilməlidirlər ki, Azərbaycan xalqının ali keyfiyyətlərindən biri də onun unutqan olmamasıdır. Ona görə, özlərini boş yerə yormasınlar!

O ki qaldı, son günlər Ermənistanın dövlət sərhədi, delimitasiya pərdəsi altında törətdiyi təxribatlara və göstərdiyi oyunbazlıqlara, Prezidentimiz onlara da öz kəsərli sözünü çatdırdı: “Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular”.

Ü.Quliyev diqqətə çatdırıb ki, bir daha rəzil olmamaq üçün Ermənistan revanş hissindən, hərbi-siyasi təxribatlarından və uydurduğu fobiyalardan, o cümlədən azərbaycanofobiyadan və türkofobiyadan, ən başlıcası, başqalarına qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir. Əks təqdirdə, onları daha faciəli aqibət gözləyir. Seçim onlarındır. Lakin Ermənistan siyasətçiləri, onların lobbi mərkəzləri və himayədarları, ilk növbədə, erməni xalqı həqiqəti, reallığı olduğu kimi dəyərləndirməkdən çəkinməməlidir. Bilməlidir ki, faciələrdən qurtulmağın yolu boş xülyalardan imtina etməkdən, regiona inteqrasiyadan, kommunikasiyaların açılmasından və beynəlxalq-hüquq normaları çərçivəsində dinc birgəyaşayışdan keçir. Əks yol, sadəcə, ağılsızlıq və intihar deməkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb