“SpaceX” və “Amazon” Türkiyənin aşağıorbitli peyk xidmətləri ilə maraqlanır
Ankara, 26 mart, AZƏRTAC
Türkiyə hakimiyyəti “SpaceX” və “Amazon” şirkətlərinə aşağıorbitli peyklərə çıxış parametrləri barədə məlumat verildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Vaşinqtonda “Satellite 2026” beynəlxalq peyk rabitəsi sərgisi və konfransında iştirak edən Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan respublikada aşağıorbitli peyk sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Amerika şirkətlərinin nümayəndələrini məlumatlandırıb.
“Biz “SpaceX” və “Amazon” şirkətlərini onların sistemlərinin Türkiyədə cavab verməli olduğu qaydalar, təhlükəsizlik sahəsində tələblərimiz və digər mühüm məsələlər barədə məlumatlandırdıq”, – deyə nazir müavini bildirib.
Türkiyənin milli peyk layihələrindən danışan Sayan artıq Yer orbitində fəaliyyət göstərən TÜRKSAT 5A, TÜRKSAT 5B və TÜRKSAT 6A peyklərini xatırladıb, həmçinin yeni proqramlar üzərində işlərin aparıldığını qeyd edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]