Şri-Lanka ərazisinin yarısında daşqınlarla əlaqədar xəbərdarlıq edilib
Pekin, 30 aprel, AZƏRTAC
Şri-Lankanın meteorologiya departamenti son günlər yağan şiddətli yağışların törətdiyi daşqınlarla əlaqədar ölkənin 25 inzibati dairəsindən 12-də əhaliyə xəbərdarlıq edilib.
AZƏRTAC Şri-Lanka mediasına istinadla xəbər verir ki, meteorologiya departamenti aramsız yağışların qarşıdakı günlərdə də davam edəcəyini, ölkənin qərb və şimal-qərb bölgələrində yağıntının miqdarının 100 millimetrə, digərlərində isə 75 millimetrə çatacağı proqnozlaşdırıb. Ən çox yağış yağan dairələr ölkənin ən iri şəhəri olan Kolombo, habelə Puttalam, Kuruneqala, Qampaha, Keqalla və Mataradır. Bundan başqa, Badulla, Kandi və Keqalla rayonlarında torpaq sürüşmələri ehtimal olunur.
Departament sel və daşqın, habelə şimşək, torpaq sürüşməsi ehtimalı ilə əlaqədar əhaliyə qabaqlayıcı və qoruyucu tədbirlər görməyi tövsiyə edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]