Stolüstü tennis üzrə kişi idmançılarımız üçüncü yer uğrunda yarışacaqlar
Bakı, 21 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi komandaları arasında yarımfinal görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz yarımfinalda Türkiyə yığmasına 0:3 hesabı ilə məğlub olublar. İdmançılarımız bürünc medal uğrunda görüşə çıxacaqlar. Digər yarımfinal görüşündə İran millisi Səudiyyə Ərəbistanı üzərində 3:0 hesablı qələbə qazanıb.
Bu gün Azərbaycan komandası Səudiyyə Ərəbistanı təmsilçiləri ilə bürünc medal uğrunda mübarizə aparacaq.
Mayın 22-də isə Türkiyə millisi ilə İran yığması final görüşündə qarşılaşacaqlar.