Stolüstü tennis üzrə komanda yarışlarının yarımfinal mərhələsinə start verilib
Bakı, 21 may, B. Vəliyev, X. Nağıyeva, AZƏRTAC
Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi və qadın komandaların yarımfinal oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında finala vəsiqə uğrunda Türkiyə-İran və Azərbaycan-Pakistan görüşləri keçiriləcək.
Kişilərin mübarizəsində yarımfinalda Azərbaycan millisi Türkiyə yığması, Səudiyyə Ərəbistanı yığması isə İran millisi ilə üz-üzə gələcək.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışlara mayın 22-də yekun vurulacaq.