Stolüstü tennis üzrə qadın idmançılarımız finalda İran yığması ilə qarşılaşır
Bakı, 22 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
Mayın 22-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə stolüstü tennis üzrə qadın komandaların yarışında final qarşılaşması keçirilir.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında finala yüksələn komandamız finalda İran yığması ilə qarşılaşır.
Yarışda üçüncü yer uğrunda görüşdə qadınlardan ibarət Türkiyə idmançıları Pakistan təmsilçilərinə qalib gəliblər - 3:1.
Kişilərin yarışının finalında isə Türkiyə və İran komandaları qızıl medal uğrunda üz-üzə gələcəklər.
Azərbaycanın kişilərdən ibarət milli komandası bürünc medal uğrunda görüşdə Səudiyyə Ərəbistanı təmsilçilərinə 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.