Azərbaycan Dövlət İnformasiya Agentliyi

Su çərşənbəsi mif və reallığın əlamətlərini ayinlərdə yaşadır

Su çərşənbəsi mif və reallığın əlamətlərini ayinlərdə yaşadır

Bakı, 27 fevral, AZƏRTAC

Novruz bayramı sadəcə təbiətin oyanışı deyil, həm də bahar obrazlı mifik, poetik və fəlsəfi baxışların məcmusu kimi meydana çıxan mərasim kompleksidir. Novruz yaradılışla bağlıdır və bunun əsasında dörd ünsür dayanır - su, od, torpaq və hava. Bu dörd ünsür birləşib komponent təşkil edir, Novruzu belə demək olarsa, dünyaya gətirir. Yeni günün, yeni həyatın yaranması üçün bu dörd ünsürün olması əsas şərtdir. Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi mif və reallığın əlamətlərini ayinlərdə yaşadır. İnsan özünü təbiətin ayrılmaz parçası hesab etməklə su ilə bağlı ayinləri yerinə yetirir. Su üstündən adlamaqla, evinə zəmzəm suyu gətirməklə və s. şəklində Su çərşənbəsini bayram edir.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Şakir Albalıyev deyib. O bildirib ki, dörd çərşənbənin hər birini tədqiqatçılar müvafiq olaraq təbiətdəki dörd yaradılış ünsüründən birinin adı ilə bağlayırlar. Bu haqda mərhum professor, görkəmli folklorşünas Azad Nəbiyev yazırdı ki, Əzəl çərşənbə suya tapınma inancı ilə başlayır. Hamı hələ gün doğmamışdan su üstünə gedər, təzə suda əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanar, yaralıların yarasına su səpərdilər. İnanca görə “təzə su” – daha doğrusu, Əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu dərdlərin dərmanı idi. Ehtimal ki, Xızırın dirilik çeşməsindən su içdiyi, Koroğlunun “Qoşa bulağı” tanıdığı gün də elə Əzəl çərşənbə günü olmuşdur. Əzəli inamlarda su sağlamlığın rəhni idi. Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Səsi batanlara, danışa bilməyənlərə bu sudan içirdərdilər. Bir çox xəstəliklər Su çərşənbəsində sağaldılardı. Su qırağında, bulaq başında, arx kənarında suyu çağıran, onun qüdrətini, böyüklüyünü, müqəddəsliyini tərənnüm edən nəğmələr oxunardı. Göründüyü kimi, ilk doğruçu çərşənbəni su stixiyası ilə bağlayan professor suyun yaradıcı gücü, şəfaverici xassələri ilə bağlı mifik inancları yada salır.

“Qış fəslinin içindən keçərək yaz fəslinə doğru – Bahar bayramına, Novruz bayramına doğru yaxınlaşırıq. Çillələr də, yəni ilaxır çərşənbələr də qış fəslində – qışın üçüncü ayı olan boz ayda bayram ab-havası ilə keçirilir. Hər çərşənbə öz atributu ilə – bir yaradıcı təbiət stixiyasını təmsil etməklə, həm də özlüyündə təbiətin müəyyən bir fəslini simvollaşdırır. Bu baxımdan düşündükdə Su çərşənbəsi həm də qışı işarələyir. Suyun donmuş halı kristallaşmış qar formasında, yaxud buz şəklində qış fəslində təzahür edir. Bu səbəbdən qışı dörd yaradıcı ünsürdən biri olan su stixiyasının fəaliyyətdən qaldığı, donduğu təbiətin ağır çilləli dövrü kimi xarakterizə etmək olar. Belə olan təqdirdə Su çərşənbəsinin ayinlərinin nəyə hesablandığı məsələsi düşündürücüdür”,- deyə alim əlavə edib.

Onun sözlərinə görə, insanlar Su çərşənbəsində donmuş suyun donunun açıldığını, suyun canına istilik düşdüyünü – suya can gəldiyini (suyun ölmüş halı sayılan qar və buz halından xilas olduğunu) bayram ab-havası ilə keçirərlər: “Eyni zamanda, Su çərşənbəsində insanların su üstünə, bulaq, çay başına axın etmələri, suyu bir-birinin üstünə səpmələri və s. bu kimi ayinlər həm də suyun ruhunu razı salmaq, qış fəslini təqlidi yolla əzizləmək, qış fəslinin soyuq donunu – buzunu yumşaltmaq, mülayimləşdirmək və s. kimi missiya daşıyır. Başqa sözlə, donuq, qar kimi, buz kimi soyuq (sulu) qış fəslindən xilas olub həyatverici bahar fəslinə doğru can atmağın ritual olaraq cəmiyyətdəki əks-sədasıdır Su çərşənbəsi! Əbəs deyildir ki, Su tanrısı Abana xoş getsin deyə nəğmələr də çağırıb-oxumuşlar. Bu ayinlərdə həm suyun mifik-magik təsir gücü, həm də real təsir gücü öz əksini tapıb. Bu, xalqımızın mifik dünyasında və gerçək təfəkküründə suyun təbii fakt olaraq nə qədər dərəcədə mühüm yer tutduğunun bir göstəricisidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb