Su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkarlanıb
Bakı, 1 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir paytaxtın Səbail rayonu ərazisində keçirilib. Reyd zamanı “Eldorado”, “Aqua Park” və “1001 gecə” istirahət mərkəzlərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkarlanıb.
Həmin istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]