Süd idxalı artıb
Bakı, 23 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında ölkəyə 2 min 734 ton süd idxal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Dörd ayda idxal edilən südün dəyəri isə 3 milyon 768 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 3 milyon 308 min dollarlıq 2 min 269 ton süd idxal edilmişdi.