Sumqayıt Teatrında "Vicdanın hökmü" tamaşası nümayiş olunacaq
Sumqayıt, 18 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşasını təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, vətənpərvərlik mövzusunda olan tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Namis Şirməmmədovdur.
Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və döyüşlərdə qəhrəmancasına həlak olmasından bəhs edir. Səhnə əsəri igid əsgərlərimizi mənfur ermənilərin törətdikləri vandalizmə qarşı ayıq-sayıq olmağa səsləyir.