“Sumqayıt”-“Zirə” oyununda qalib müəyyənləşməyib
Bakı, 23 aprel, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kapital Bank Arena”da “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər.
Baş hakim Səbuhi Bayramovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb.
Daha əvvəl “Qəbələ” öz meydanında “Qarabağ”ı məğlub edib-1:0.
Qeyd edək ki, cavab oyunu mayın 1-də keçiriləcək.