Sumqayıtda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib
Sumqayıt, 31 may, AZƏRTAC
Sumqayıtda yük maşını kişinin üstündən keçib. Hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
AZƏRTAC Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, dəmir qapı ustası Məmməd Abdullayev işlədiyi ərazidə təmizlik işləri aparan zaman yoldan keçən, armaturla yüklənmiş “ZİL” markalı yük avtomobili onun üstündən keçib. O, hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.